Bakıda döyüşə yararlı əl qumbarası tapıldı - FOTO/VİDEO
Tarix: 7-06-2021, 15:10 | Çap et
Bakıda döyüşə yararlı əl qumbarası tapıldı - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə döyüş tətbiqinə yararlı 1 ədəd “F-1” əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net