Bakıda qayda pozan “AA” seriyalı avtomobil hansı məmurun xidməti maşınıdı? - VİDEO
Tarix: 10-05-2021, 13:06 | Çap et


Bakıda qayda pozan məmurların və onların övladlarının əməlləri ilə tez-tez rastlaşırıq.
Dünən belə hallardan biri də metronun “Qara Qarayev” stansiyasına yaxın ərazidə baş verib.

Qayda pozan 90-AA-830 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil Moderator.az-ın əməkdaşının kamerasına tuş gəlib.

Əməkdaşımız bildirir ki, işıqforun qırmızı işığında bütün avtomobillər dayandığı halda hansısa məmurun xidməti maşınını idarə edən sürücü özünü ağıllı hesab edib. Belə ki, o, işıqforun yaşıl işığının yanmasına 36 saniyə qalmış çağırışa gedən təcili tibbi yardım maşınının hərəkət etməsindən istifadə edərək hərəkətinə davam edib və kobud şəkildə qayda pozub.

Nəqliyyat üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov Moderator.az-a bildirib ki, işıqforun qırmızı işığında yalnız operativ nəqliyyat vasitələri hərəkətini davam etdirə bilər:

“Yol hərəkəti haqqında qanunda işıqforun qırmızı işığında sürücü keçdiyinə görə 60 manat-3 bal cərimə nəzərdə tutulur. Dövlət qurumlarının xidməti maşınları da eyni məsuliyyəti daşıyır. Yalnız operativ nəqliyyat vasitələri işıqforun qırmızı işığında hərəkətini davam etdirə bilər. Onlar da mütləq sayrışan işıqlarını yandırmalıdır”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net