Çavuşoğlu Cenevrədə BMT Baş katibi ilə görüşüb
Tarix: 28-04-2021, 15:51 | Çap et
Çavuşoğlu Cenevrədə BMT Baş katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

Görüş Cenevrədə Kiprlə bağlı keçirilən qeyri-rəsmi 5+BMT iclası çərçivəsində baş tutub.

Türkiyəli nazir qeyd edib ki, Kipr probleminin həlli iki tərəfin beynəlxalq səviyyədə bərabər statusu və suverenliyinə əsaslanmalıdır.

“Bütün bölgə üçün sülh və sabitlik ancaq adadakı iki dövlətin əməkdaşlığı ilə mümkün ola bilər”, - deyə M. Çavuşoğlu vurğulayıb.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net