Ağstafada KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?
Tarix: 28-04-2021, 07:42 | Çap et
Ağstafada KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?

25 yaşlı Tərbiyə işləri üzrə prorektor...?!

Hər dəfə yazırıq ki, gənclərə etimad göstərmək, onları irəli çəkmək cəmiyyətimizin inkişafı üçün çox vacibdir. Amma bu məsələdə də bir meyar, ölçülər olmalıdır. “Kadrların gəncləşməsi” o demək deyil ki, skamyadan duranlara vəzifə verilsin. İdarəetmə üçün uzun müddətli təcrübə olmalıdır.
Təsəvvür edirsiniz Ağstafanın indiki icra başçısı Seymur Orucov vəzifə pilləkənlərini tullana-tullana keçib.
Bu adamın tərcümeyi-halına nəzər salaq.
Seymur Orucov 1984-cü ildə Naxçıvanda anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.
Universiteti bitirən kimi 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
Axı, tələbə stulundan təzəcə durmuş 22 yaşlı oğlana universitetin “Profsoyuzun” sədri olmağa kim şərait yaratdı ?
Əlbəttə dayısı “Həmkorların” sədri, deputat Səttar Mehbalıyev.
Və üstəlik də 22 yaşlı oğlan həmən universitetin rektoru, deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımın nişanlısı olub.
İndi başa düşdünüz, bu karyeranın səbəbi nədir ?
Hələ bu nədir ? Ehh, maraqlı ardı var.
2 il sonra bu cavan oğlan olur, İqtisad universitetində Tərbiyə işləri üzrə prorektor.
Cənablar, bu yaşda insanın özünün hələ tərbiyəyə ehtiyacı olur. Bu yaşda adamı çoxminlik universitetə Tərbiyə işləri üzrə prorektor qoyanda heç utanıb eləmədinizmi ?
Axı, kiminsə qızının nişanlısı olmağa, yaxud başqa bir kiminsə bacısının oğlu olduğuna görə, adama mühüm vəzifə verməzlər.
Və bu cavan oğlanı şar kimi üfürə-üfürə 34 yaşında gətirib çıxardıllar böyük bir rayonun –Ağstafanın icra başçısı.
İndi təssəvvür edin, cavan oğlan uzaq Ağstafada icra başçısı, həyat yoldaşı Çeşmi xanım Maştağada bağça müdirəsi. Çeşmi xanım 350 min dəyərində avomobillə bağçaya gedir, icra başçısı da rayona öyrəşə bilmir, darıxır. İki gündən bir gəlir Bakıya.
Belə idarəetmə olmaz, cənablar !
Bu cavan icra başçısı da böyük bir rayonda kimisə tanımır, rayonu idarə etməyin yollarını bilmir, qalıb karıxa-karıxa. Ancaq həftənin sonunu gözləyir ki, Bakıya qaçsın.
Rayonda heç bir islahatdan-zaddan söhbət gedə bilməz. Cavan icra başçısı yığıb başına köhnə məmurları, keçmiş icra hakimiyyəti işçilərini guya rayona yenilik gətirir.
Yəni, “Köhnə hamam, köhnə tas”, daha doğrusu, TƏZƏ ''TAS''...
gundelik baki




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net