Alimpaşa Məmmədov Bakıya gətirildi: DTX tərəfindən SAXLANILIB - FOTO
Tarix: 26-04-2021, 16:37 | Çap et

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.

“Qafqazinfo” xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.

Qeyd edək ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.Alimpaşa Məmmədov Bakıya gətirildi: DTX tərəfindən SAXLANILIB - FOTOAlimpaşa Məmmədov Bakıya gətirildi: DTX tərəfindən SAXLANILIB - FOTO







Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net