Aeroportda peçenye paketindən 224 min manatlıq brilyant tapıldı - FOTO
Tarix: 9-04-2021, 17:03 | Çap et
Aeroportda peçenye paketindən 224 min manatlıq brilyant tapıldı - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava limanında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib və daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanda olan “Tiffany Glucose” peçenye paketlərinin içərisində, ümumilikdə 10 ədəd sellofan bükümdə müxtəlif ölçülü 441 qram brilyant qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 2 171 karat, orta qiyməti təxminən 224 min manat təşkil edir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net