Efirdə ‘’uşaq pulu’’ mübahisəsi: Natiq Cəfərli Nazim Bəydəmirliyə qarşı – ‘’CANLI DEBAT’’
Tarix: 5-04-2021, 11:58 | Çap et
Efirdə ‘’uşaq pulu’’ mübahisəsi: Natiq Cəfərli Nazim Bəydəmirliyə qarşı – ‘’CANLI DEBAT’’

Sosial müavinət növlərindən biri olan uşaq pulu məsələsi cəmiyyətdə heç vaxt aktuallığını itirməyən mövzulardandır. Bu gün rəylərini soruşsan, məlum olar ki, əhalinin 100 faizi uşaq pulu müavinətlərinin bərpa olunamasına tərəfdardır. Lakin parlament, dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, onu müzakirəyə çıxartmır.

Cəmiyyətdə, hətta siyasi dairələrdə isə uşaq pulu mövzusu nəinki müzakirə olunur, bu mövzu artıq siyasi fiqurlar arasındakı münasibətlərin, mübahisə və davaların mərkəzinə gəlməkdədir.

TV Musavat-ın efirində təşkil etdiyimiz canlı yayınların birində Ağ parti lideri Tural Abbaslı ilə REAL liderlərindən biri, deputat Erkin Qədirli arasında gedən debat bu davalardan daha birini tətiklədi. Hazırda iki partiya arasında başlanan siyasi atışma cəmiyyətin digər təbəqələrini də əhatəsinə almaqdadır. Bu mövzuya daha çox iqtisadçılar qoşulub. İqtisadçı alim, ABŞ-ın Rutgers universitetinin professoru Qubad İbadoğlu da müzakirələrə qatılaraq, bu barədə sərt açıqlama verən REAL sədri İlqar Məmmədovu tənqid edib və onu üzr istəməyə çağırıb. Sitat: “Siz, İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikirə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın ki, çirkabı təmizləyəsiniz.

Odur ki, siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz yaramaz və debil ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə debat aparmağa hazıram. Amma, öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!” Digər tanınmışlar da bu mövzu ilə bağlı bir birlərinə aşağı-yuxarı, bu cür sərt ifadələr ünvanlayırlar…
Qubad İbadoğlu hesab edir ki, uşaq pulu dövlətlə ailələr arasında etimad körpüsüdür.

Bu mövzuda ən aktiv mövqe bildirən iki soydaşımızı bu gün efirə dəvət etmişik. Onların mövqeləri bir – birinə ziddir. Biz bu iki zidd mövqenin debatını təşkil etməklə, cəmiyyətə və bütün maraqlı dairələrə seçim və düşünmək imkanı təqdim edirik.

Təbii ki, müzakirəmizdə başqa mövzular da olacaq. Ölkə gündəmi qaynardır, odur ki, müzakirələrdə vətəndaş olaraq sizlər də iştirak edin.

Beləliklə, tanınmış iqtisadçı, REAL partiyasının qurucu liderlərindən biri olan Natiq Cəfərli və tanınmış Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı, İqtisad elmləri doktoru, "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi Nazim Bəydəmirlinin debatının iştirakçısı ola bilirsiz.

Debat ənənəvi zamanda - bu gün saat 12:00-da başlayacaq.

İştirakınızı təmin etmək üçün bizim Facebook və Youtube hesablarımıza daxil olmalısınız.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net