“Şagirdlərlə işləməli olan məktəb psixoloqları nə edir?” – Ekspert intiharlardan yazdı
Tarix: 11-03-2021, 12:34 | Çap et
“Şagirdlərlə işləməli olan məktəb psixoloqları nə edir?” – Ekspert intiharlardan yazdı

“Bir neçə gün əvvəl iki xanım 11-ci sinif şagirdinin binanın üstünə çıxması və oradan düşüb vəfat etməsi məni çox kədərləndirdi.

Bu hadisənin səbəbi intihardır və ya valideynlərinin dediyi kimi, şəkil çəkmək üçün ora çıxmışdılar, bu istintaq zamanı müəyyən olunacaq. Hər iki versiya üzərində araşdırma apardım”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib:

“İntihar versiyası mümkündür. Bir tərəfdən pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər, digər tərəfdən qarşıdan gələn qəbul və buraxılış imtahanı, eyni zamanda ailə daxili nizam-intizam qaydaları da buna səbəb ola bilər.

Bəs o yaşlı şagirdlər ilə işləməli olan məktəb psixoloqları nə edir?

2020-ci ilin martından məktəblərdə tədris onlayn-distant qaydada həyata keçirilir. “Microsoft Teams” proqramı və “Dərs vaxtı” ilə ancaq fənlər üzrə proses həyata keçirilir. Pandemiya dövrünün yaratdığı psixoloji gərginliyin aradan qaldırılması üçün fəaliyyət çox aşağı səviyyədədir.

Rusiya və Türkiyə məktəblərində isə pandemiya dövründə psixoloji xidmət və dəstək daha da artırılıb.

Digər tərəfdən isə Türkiyə və Rusiyanın orta məktəblərinin sosial şəbəkələ hesablarında, saytlarında kifayət qədər psixoloji testlər, məqalə və materiallar yerləşdirilib.

Bizim orta məktəblərin isə sosial şəbəkə hesabları ancaq Təhsil nazirliyinin xəbərlərini “kopu-past” edib paylaşmaqdan və ya nazirin, nazirliyin hansısa əməkdaşının müsahibə, statusunu “repost” etməkdən ibarətdir.

Hanı o məktəbin psixoloqu ki, testlər hazırlasın, məqalələr yazsın.

Məktəblərin saytı isə Nuh əyyamı dövründən qalıb və ancaq yenədə rəsmi məlumatlar yerləşdirilib. Direktor və müəllimlər isə ancaq şəkil çəkdirib paylaşmaqdan başqa bir iş görmürlər.

11-ci sinif şagirdləri məktəbə getmədən məzun olacaqlar, amma imtahanlardan sonra nəticələr o şəkil çəkdirən direktor və müəllimlərin olacaq”.

Təhsil eksperti bildirir ki, məktəblərin elektron resursları nəzarət olunmayan vəziyyətdədir: “Hamı vaxtını keçirmək, başını saxlamaq formatında işləyir. Sonda da maaş davası edirlər.

İkinci iddia şəkil çəkdirmək məsələsidir. Həqiqətən də “tik-tok” və digər platformalarda məktəblilərin xoş olmayan bəzən isə təhlükəli hərəkətlərinin şahidi olduq.

Düşünürəm ki, müvafiq qurumlar tərəfindən “tik-tok” və bu kimi platformalara məhdudiyyət tətbiq etməlidir. Artıq bir çox inkişaf etmiş ölkələrdə bu təcrübə var.

Yeniyetmələr diqqət cəlb etmək üçün qeyri-adi nəsə etməyə çalışırlar ki, bu da bəzi hallarda xoş olmayan nəticəyə gətirib çıxarır.

Vəziyyətdən çıxış yolu var. Yaxşı nəticə əldə etmək olar. Artıq bu istiqamətdə layihə üzərində işləyirik”.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net