Rus sülhməramlılarının Qarabağdakı hədəfi - NƏ BAŞ VERİR?
Tarix: 11-03-2021, 12:32 | Çap et
Rus sülhməramlılarının Qarabağdakı hədəfi - NƏ BAŞ VERİR?

Qarabağda mövcudluğunu saxlamağa çalışan qondarma qurumun “statistika komitəsi” məlumat yayıb ki, bu ilin yanvar, fevral aylarında 93 yeni müəssisə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən kiçik biznesin bir neçəsi tikinti sektorunda, əksəriyyəti isə xidmət sahəsində - kafe, restoran, hamam, kiçik dükan, bərbərxana, çatdırılma xidməti, camaşırxanadır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

“Rus sülhməramlılarının nəzarətində olan torpaqlarda yaşayan erməni əsilli azərbaycanlılar (bizim vətəndaşlar) uzun illərdir işğaldan bəhrələnirdilər. İşğal altında olan torpaqları talamaqla dolanırdılar. İndi işğala böyük ölçüdə son qoyulub, iqtisadi fürsətlər daralıb. Bu reallıqlar çərçivəsində indi onların yeganə qazanc mənbəyi 1960 rus əsgərlərinə və onların ailə üzvlərinə, o cümlədən təqribən Rusiyanın müxtəlif nazirlik-dövlət idarələrinin 500 nümayəndəsinə qulluq etməkdir. Ermənilər onlara xidmət göstərməklə dolanmağa başlayıblar. Hətta artıq ödənişləri də onlardan rublla alırlar.

Bu o deməkdir ki, Rusiya onlar üçün artıq tək xilaskar, ata, arxa deyil, həm də birbaşa dolanışıq mənbəyidir. Kremlin də əsas hədəfi budur - yerli erməni əsilli azərbaycanlıları özlərinə daha çox bağlamaq, nəticədə hətta rəsmi Bakı çıxmaqlarını tələb etsə də, “yerli əhalinin tələbi və xahişi ilə” orada qalmaqdır.

Bizim əsas strateji hədəflərimizdən biri isə erməni əsilli azərbaycanlıları iqtisadi olaraq daha çox özümüzə bağlamaq olmalıdır. Bu, çox vacib hədəfdir. Bu yolu ağılla, təmkinlə, pafossuz getməliyik”, - politoloq qeyd edib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net