Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb - EKSKLÜZİV
Tarix: 23-02-2021, 08:52 | Çap et
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb - EKSKLÜZİV

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

APA-nın əldə etdiyi məlumata görə, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net