190 manat üçün təkrar müraciətə ehtiyac yoxdur - RƏSMİ
Tarix: 25-12-2020, 13:20 | Çap et
190 manat üçün təkrar müraciətə ehtiyac yoxdur - RƏSMİ

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmənin (190 manat) verilməsiylə bağlı qərar qəbul olunub. Bu ödənişi almaq üçün vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur”.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək:

“Ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur. Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək”.

Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net