Azərbaycanda son sutkada 2597 nəfər COVID-19-a yoluxub, 1354 nəfər sağalıb, 23 nəfər vəfat edib
Tarix: 19-11-2020, 15:19 | Çap et
Azərbaycanda son sutkada 2597 nəfər COVID-19-a yoluxub, 1354 nəfər sağalıb, 23 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net