Ermənistanın müdafiə naziri David Tonoyanla Dağlıq Qarabağda yerləşdiriləcək rusiyalı sülhməramlıların komandiri, general-leytenant Rüstəm Muradov arasında görüş keçirilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, görüş zamanı sülhməramlı missiyanın təşkili və reallaşdırılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalanıb.