Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir
Tarix: 11-10-2020, 22:28 | Çap et
Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutmaqla yenidən terror aktı törətməkdə davam edir.

Bu barədə məlumatı APA-ya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman verib.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə əməl etmir.

Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın və ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 9 nəfər həlak olub. Eləcə də 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib, hələ də dağıntılar altında qalan insanlar var.

İşğalçı Ermənistan dövləti xüsusi raket sistemlərindən istifadə etməklə yenə də mülki əhalini hədəf seçmişdir. Bununla da BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq normaları, Cenevrə konvensiyaları və onların Əlavə protokolları, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyası, Uşaq hüquqları Konvesiyası və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəaları kobud şəkildə pozulur.

Bununla əlaqədar bu gün nüfuzlu beynəlxalq təşkilatlara və dünya dövlətlərinə bəyanat ünvanlamışıq.

Beynəlxalq hüquququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən terror aktlarını törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərinə təcili olaraq son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağı tələb edirik.

Təcavüzkar Ermənistanın növbəti hərbi təxribatları Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktıdır və bu isə insanlıq əleyhinə yönəlmiş qatı cinayət kimi beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənilməlidir.

Dinc əhali arasında ölən və yaralananların olması, mülki obyektlərə ciddi ziyan dəyməsi ölkə Ombudsmanı kimi məni çox narahat edir.

Buna görə də bu gün Ermənistan silahlı qüvvələri tərəfindən ağır atrileriya atəşi nəticəsində dağıntılara məruz qalmış Gəncə şəhərində davam etdirdiyim növbəti faktaraşdırıcı monitorinqin də nəticələri hesabat formasında beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.

Hal-hazırda faktaraşdırıcı missiyamı davam etdirirəm.

***

Saat 20:53

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva Gəncədə faktaraşdırıcı missiya həyata keçirir.

APA xəbər verir ki, bu barədə Ombudsmanın "Facebook" səhifəsində məlumat yayılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net