Paşinyan Prezident İlham Əliyevə təslim oldu - GƏLİŞMƏ
Tarix: 9-10-2020, 15:02 | Çap et
Paşinyan Prezident İlham Əliyevə təslim oldu - GƏLİŞMƏ

Prezident İlham Əliyev əzmli və qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi.

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı geniş-miqyaslı təxribatları nəticəsində başlayan döyüşlər və düşmənin həm hərbi texnika, həm də canlı qüvvə baxımından ağır itkilərə məruz qalması baş nazir Nikol Paşinyanı çıxılmaz vəziyyətə salıb. Artıq Paşinyan məğlub olduğunu anlayaraq ağ bayraq qaldırır.

Paşinyan Azərbaycanla həm döyüş meydanında, həm də siyasət meydanında ağır məğlubiyyətə düçar olub. Son zamanlara qədər Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq misgin, çarəsiz duruma düşüb, kapitulyasiya olmaq astanasındadır.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipal mövqeyi, yorulmaz fəaliyyəti nəticəsində Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Qüdrətli ordumuz qarşısında tap gətirə bilməyən Ermənistan bu gün artıq Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün özü yalvarır. Danışıqların, atəşkəsin bərpa edilməsi üçün Paşinyanın döymədiyi qapı, Prezident İlham Əliyevə zəng elətdirmədiyi adam qalmayıb.

Lakin Prezident İlham Əliyev öz qətiyyətli, xalqın mənafeyinə əsaslanan mövqeyindən zərrə qədər də geri çəkilmədi. Danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək.

Danışıqlar prosesində Prezident İlham Əliyevin tələb etdiyi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.

Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir.

Prezident İlham Əliyev əzmli və qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərə mərd-mərdanə sinə gəlməkdədir. Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə ordu qursun.

Ermənistanın dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsıdıldı.

Elçin Mehdiyev
Trend




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net