Milli Məclisin sədri Rusiyaya rəsmi səfərə gedib
Tarix: 21-09-2020, 16:56 | Çap et
Milli Məclisin sədri Rusiyaya rəsmi səfərə gedib
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrin 21-də Rusiyaya rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu, S.Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Moskva şəhərinin “Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb. Sabah Parlamentin Sədri Sahibə xanım Qafarova səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net