Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə 4-ü azyaşlı olmaqla 6 nəfər köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Musavat.com-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.