ABŞ-dan Rusiya vaksininə şübhə
Tarix: 12-08-2020, 10:10 | Çap et
ABŞ-dan Rusiya vaksininə şübhə

ABŞ-ın baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçi koronavirusa qarşı Rusiyada hazırlanmış peyvəndin təhlükəsizliyi ilə bağlı şübhələrinin olduğunu deyib.

Bu barədə o, “National Geographic” jurnalına verdiyi müsahibədə danışıb.

E.Fauçinin sözlərinə görə, ABŞ da bu həftə koronavirusa qarşı peyvəndin bir neçə variantını təqdim edə bilər, lakin onların effektivliyinə və təhlükəsizliyinə hələ tam əmin deyil. Hələ də bütün zəruri testləri keçməmiş bir dərmanın istifadəsi nəinki istənilən effekti verə, əksinə, daha çox insana zərər vura bilər.

Bundan əvvəl ABŞ prezidentinin köməkçisi Kellian Konvey də Rusiya peyvəndini tənqid etmişdi.

O, Rusiyanın təqdim etdiyi vasitənin ABŞ-ın hazırladığından geri qaldığını və çox az sınaqdan keçdiyini bildirmişdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net