Rusiya koronavirus peyvəndini beş ölkədə istehsal edəcək
Tarix: 11-08-2020, 19:54 | Çap et
Rusiya koronavirus peyvəndini beş ölkədə istehsal edəcək

Rusiya koronavirusa qarşı peyvəndin beş ölkədə istehsal olunmasına qərar verib.

TASS-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev danışıb.

“Xarici tərəfdaşlarımızla birlikdə artıq beş ölkədə ildə 500 milyon doza peyvəndin istehsalını təmin etməyə hazırıq və istehsal gücünü daha da artırmağı planlaşdırırıq”, - deyə K.Dmitriyev bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi fonda bir milyard dozadan çox peyvənd alınması üçün 20 ölkədən ilkin müraciətlər daxil olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net