Rusiyanın Səhiyyə Nazirliyi dünyada COVID-19 infeksiyasına qarşı ilk peyvəndin ampulasının necə göründüyünü nümayiş etdirib.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Ampulaların iki müxtəlif rəngdə - qırmızı və göy başlıqları var. Onlardan birincisi ilk, digəri isə ikinci inyeksiya üçündür.
“İki mərhələli yeritmə sxemi uzunmüddətli immunitet yaratmağa imkan verir”, - deyə, qurumdan bildirilib.