Putin qızının COVID-19-a qarşı peyvənd olunduğunu açıqlayıb
Tarix: 11-08-2020, 13:30 | Çap et
Putin qızının COVID-19-a qarşı peyvənd olunduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin qızının yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunduğunu açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə o, hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.

Qızlarından birinin COVID-19-a qarşı peyvənd olduğunu qeyd edən V. Putin vurğulayıb ki, birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə olub, növbəti gün isə 37-dən bir az çox olub.

Qeyd edək ki, bu gün Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvənd qeydiyyatdan keçib. Koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçdiyini Rusiya Prezidenti elan edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net