Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb.
Unikal.org xəbər verir ki, Bərham Bağırzadə onu müalicə edən həkimlər tərəfindən yola salınıb.
Həmçinin, onu komanda yoldaşları Tahir və Cabir İmanovlar qarşılayıb. Onlar qeyd edib ki, nəhayət, Bəhram Bağırzadə yenə aralarındadır:
“Hamıya dəstək üçün təşəkkür edirik. Hər birinizə can sağlığı, bütün xəstələrə Allahdan şəfa diləyirik”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülmüşdü.