İmtahanlar ləğv olundu - Diqqət!
Tarix: 19-06-2020, 17:56 | Çap et
İmtahanlar ləğv olundu - Diqqət!
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə imtahanlar keçirilməyəcək.

"Report" xəbər verir ki, bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sərt karantin günlərində təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılacaq.

Qərara əsasən, sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunun ərazisində imtahanlar keçirilməyəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net