Ermənistan girovların dəyişdirilməsindən yenə boyun qaçırır
Tarix: 14-05-2020, 15:14 | Çap et
Ermənistan girovların dəyişdirilməsindən yenə boyun qaçırır

Ermənistan tərəfi Azərbaycanın əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinə əməl etməkdən yenidən boyun qaçırıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələni şərh edərkən məlum olub.

O, əvvəlki kimi yenə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qəsddən adam öldürmələrini bəhanə gətirərək onların azad olunmasından imtina etdiklərini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yerevanın girov saxladığı azərbaycanlıların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə rəsmi Bakının hazır olduğunu bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net