
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı son döyüşlər zamanı 31 hərbi qulluqçusu şəhid olub.
Vertikal.az xəbər verir ki, bunu RİA Novosti-yə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“Hərbi əməliyyatlar zamanı Azərbaycannın 31 hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyi döyüşlərdə həlak olanların ailələrinə başsağlığı verir”, - o bildirib.