İki nüfzlu məmurun qardaşı vəzifədən alınır
Tarix: 11-03-2015, 08:45 |
Çap et
Vertikal.az-a hakimiyyətin yeni kadr islahatlarına hazırlıq görməsi haqqında xəbər verilib. YAP-dakı mənbələrdən sızan informasiyada bildirilir ki, artıq paytaxtda bir neçə rayonun icra başçısının dəyişdirilməsi qərara alınıb. Maraqlıdır ki, onların sırasında təltif olunanlar, mövqeləri möhkəm olanlar da var..
Həmin rayon rəhbərləri aşağıdakılardır:
Razim Məmmədov - Xətai rayonunun icra hakimiyyətinin başçısı;
Şəmsəddin Xanbabayev - Xaçmaz rayon icra hakimiyyətinin başçısı;
Asif Ağayev – Şamaxı rayon icra hakimiyyətinin başçısı;
Mərdan Camalov - Şirvan şəhər icra hakimiyyətinin başçısı;
Tofiq Zeynalov - Tovuz rayon icra hakimiyyətinin başçısı.
Qeyd edək ki, Respublika Dövlət Yol Poliisi İdarəsinin rəisi Ramiz Zeynalovun doğmaca qardaşı olan Tofiq Zeynalov “Şöhrət” ordeni ilə təltif edilib. Bundan əlavə, adı siyahıda olan Mərdan Camalov da Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşıdır.