Rüşvət skandalı ADAU-ya da çatdı
Tarix: 26-01-2016, 10:42 | Çap et
Rüşvət skandalı ADAU-ya da çatdı
Bir neçə gün əvvəl Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin rektor İbrahim Cəfərovla bağlı hazırladıqları videoçarxla bağlı məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatda vurğulanırdı ki, həmin rolikdə rektorun 60 yaşı ilə əlaqədar tələbələr xoş sözlər deyiblər. Üstəlik, bu bayağı təbliğatın rektorun öz səhifəsində paylaşmasını təqdir olunmayan hal kimi qiymətləndirmişdik.

Bildirək ki, indiyə qədər ADAU-nun adı bir sıra məsələlərdə hallansa da, son dövrlər rüşvətlə bağlı bir o qədər gündəmə gəlməmişdi. Amma son günlər JAM.AZ-a yazan tələbə və valideynlər iddia edirlər ki, sözügedən universitetdə artıq imtahana görə pul alma halları artmağa başlayıb.

Bəzi tələbələr bildirirlər ki, onlar oxusalar da, bəzən müəllimlərinin pul tələbləri ilə üzləşirlər və bundan ciddi şəkildə narahat olurlar. «Bəs, rektorluğa niyə müraciət etmirsiniz» sualına cavabında isə tələbələr vurğulayırlar ki, əvvəlki illərdən fərqli olaraq İbrahim Cəfərov da xeyli dəyişib və tələbələrlə ünsiyyətdən qaçmağa üstünlük verir.

Onlar qeyd edirlər ki, rektorun belə bir yanaşma tərzi nümayiş etdirməsi əsaslı şübhələrə yol açmağa başlayıb. Belə ki, tələbələr imtahana görə pul istənilməsində artıq Cəfərovun da razılığının olduğunu düşünmək məcburiyyətində qalıblar.

JAM.AZ-a danışan validyenlərdən bəziləri isə vurğulayıblar ki, ADAUda oxuyan uşaqları üçün hər semestr dövründə pul vermələrindən beziblər. Məsələ ilə bağlı universitetin məsul şəxslərinə şikayət etmələrinin də faydasının olmadığını bildirirlər. Onlar deyirlər ki, uşaqlarını oxumaq üçün ADAU-ya göndəriblər, pul vermək üçün yox.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net