Sabirabadın icra başçısı rayonun təhsil sahəsini inkişafdan qoyub
Tarix: 21-01-2016, 10:12 | Çap et
Sabirabadın icra başçısı rayonun təhsil sahəsini inkişafdan qoyub
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz dəfələrlə vurğulamışıq ki, bu gün əhalisinin məmur özbaşınalıqlarından daha çox əziyyət çəkdiyi bölgələrimizdən biri də Sabirabad rayonudur. Bu barədə bizimdovr.az-a daxil olan çoxsaylı oxucu məktublarında, şikayət ərizələrində deyilir. Həmçinin biz ötən yazılarda biz belə bir məqamı da diqqət mərkəzinə çəkmişik ki, bu gün Azərbaycanda məmur özbaşınalıqlarına qarşı həyata keçirilən dövlət tədbirlərinin effektivliyini təmin edəcək əsas amillərdən biri də məhz müvafiq ictimai rəyin formalaşması, bu mübarizədə sadə vətəndaşların aktiv mövqelərə sahib olmaları ilə bağlıdır. Məhz bu baxımdan, bəzi rayon və bölgələrimizdə müşahidə olunan neqativ hallara dair məlumatların ictimailəşdirilməsi də böyük əhəmiyyət kəsb edir. O cümlədən, son vaxtlar ölkə mətbuatında Sabirabad rayonu ilə bağlı tənqidi materialların dərci də intensivləşib. Bu gün sabirabadlıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Sabirabad RİH-nin başçısı Nazim İsmayılovun durduğunu təsdiq edirlər. Vurğulanır ki, bu gün Sabirabadın iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, ora Rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılovun “maraq dairəsinə” daxil olmasın. İcra başçısı rəhbərlik etdiyi rayonda özünü tam ixtiyar sahibi kimi apararaq, bütün sahələrdə biznes şəbəkəsi formalaşdırmışdır. Bu xüsusda rayondan aldığımız məlumatlardan birində deyilir: “Başı öz biznes maraqlarına qarışan Nazim İsmayılov xalqın problemlərinə biganə yanaşır, insanlarda dövlətə qarşı inamsızlıq yaradır. Bu gün Sabirabad rayonu olduqca acınacaqlı vəziyyətdədir. Rayon rəhbərliyinin, şəxsən icra başçısı Nazim İsmayılovun qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində rayonda problemlər aşıb-daşır...”
Həmçinin redaksiyamıza daxil olan açıqlamalarda vurğulanır ki, Nazim İsmayılovun rəvac verdiyi özbaşınalıqlar sayəsində bu gün rayonun daha çox təhsil, səhiyyə, mədəniyyət və digər sahələri acınacaqlı bir duruma gəliblər. Qeyd edək ki, “Bizim Dövr”ün ötən saylarında, redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyatovun yarıtmaz fəaliyyətindən bəhs edən bir neçə tənqidi məqalə dərc olunub. Həmin materiallarda Elman Bünyatovun fəaliyyətinin bir çox qaranlıq məqamları, çirkn əməlləri ifşa olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda RTŞ müdiri tərəfindən rayon və kənd məktəblərinin təmiri üçün ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsinin, vahid məktəbli formalarının satışında rayon üzrə monopoliyanın yaradılmasının Sabirabadın təhsil sisteminə dağıdıcı təsir göstərməsi kimi ciddi ittihamlar irəli sürülmüşdü. Lakin bütün bu siqnallar hələ də Elman Bünyatov barədə ölçü götürülməsi üçün yetərli olmayıb. Şöbə müdiri isə, məhz rayon rəhbərliyinin bu “dəstəyinə” güvənərək, özbaşınalıqlarının miqyasını getdikcə daha da böyüdür.
Digər tərəfdən isə, ölkədə cərəyan edən son hadisələrin fonunda, Sabirabad RİH başçısının adı “MTN işi” ilə bağlı müəyyən eplzodlarda da hallanmaqdadır. Bu xüsusda açıqlama verən mənbənin iddiasına görə, Nazim İsmayılovun “arzuolunmaz” əlaqələrinə dair əsaslı dəlillər mövcuddur. Məsələn, vurğulanır ki, icra başçısı bir müddət əvvəl həbs olunmuş, daha sonra da intihar edərək, dünyasını dəyişmiş keçmiş yüksək vəzifəli MTN əməkdaşı, mərhum İlqar Əliyevlə yaxın dostluq əlaqələrində olub...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net