"Bakcell"in üzən kampaniyası
Tarix: 6-01-2016, 09:26 | Çap et
"Bakcell"in üzən kampaniyası
...Birinci devalvasiyanı demirəm, ikinci devalvasiya mənə əməlli-başlı evdə yemək bişirməyi öyrətdi. Təsəvvür elə ki, görüşdüyüm qızlara lovğalanaraq "Mən evdə yemək bişirmirəm" deyən adam, bu dəfə sosial şəbəkədə bişirdiyim yeməyin şəklini atıram ki, bax gör nələr yaradıram. Neyniyim, bu dəfə başqa varianta keçmişəm.
Qardaş, manatın belə üzən məzənnə vaxtı, mənim kimi üzə bilməyən adam, elə üzürəm ki, heç üzgüçülüyə gedənlər də bu qələti eləmir. Pulun – paranın olmayan vaxtı "Bakcell"in gic – gicə kampaniyaları lap canıma verib. Ay qardaş, adama nə qədər sms gələr? Vallah, heç sevdiyin qız sənə gün ərzində bu qədər sms yollamır.
Təsəvvür elə, günə üzən manatla 3 manat yükləyirəm çatmır. Hələ bir qanımın qara vaxtı belə bir sms gəlir: “Valyuta mezennesi her gun telefonunuza gelsin! Dollar mezennesi almaq ucun 135D, Avro ucun 135A sozunu 3320 nomresine gonderin! Qiymet: gune 9 qepik.T:0552253055”
Dəli oldum. Əşi, mənim nəyimə lazımdı dollar neçiyədi, yoxsa avro neçiyədi?! Hər gün mənə bu qara xəbəri verin, hələ bir 9 qəpiyimi də çıxın? Əsəb məni necə boğdusa, səhər durub "Bakcell"in Sahil bağının yanında yerləşən müştəri xidmətlərinə getdim. Rusdilli xanım məni çox mədəni qarşıladı:
- Buyurun. Şikayətiniz nədir?
Hirs boğsa da, belə mədəni xanıma kobud davranmağı özümə sığışdırmadım.
- Şikayətim odur ki, nömrəmə kontur çatdıra bilmirəm.
Xanım vəziyyətin nə yerə olduğunu artıq hiss etdi və heç nə olmamış kimi dilləndi:
- Nömrənizi deyin.
- 055-367-08-39
Kompüterdə axtarış verəndən sonra bu kompaniyalara qoşulduğumu dedi.
Novemedia. (012) 464-88-23. Stream. (055)225-30-55. Naviqator.(012)404-12-00
Bunları kağızda mənə yazıb verən xanım bildirdi ki, bu nömrələrə zəng vurun və kkmpaniyadan imtina edin.
Atasına lənət əgər bu kampaniyaların mənə nə kimi xeyri olduğunu bilirəmsə. Ona görə də üzümü bozardıb xanıma dilləndim:
- Bu kampaniyalara məni kim qoşub?!
Xanım yenə elə təkrara cavabı verdi:
- Göstərilən nömrələrə zəng vurun sizi qara siyahıya salsınlar və bununla da bitəcək hər şey.
Sonuncu dəfə xanımdan xahiş etdim ki, mənim mobil nömrəmə belə sms – lər yollamayın. Bezmişəm. Telefonum iki nömrədi. Bir dəfə də olsun "Azərcell"dən mənə gic – gic sms – lər gəlmir.
Metrodan çıxıb iş yerimə tərəf gəlirdim ki, telefonuma yenə sms gəldi. Yenə "Bakcell": “553670839 siz bu həftə 1000 AZN qazana bilərsiniz! Xal toplamağa başlayın! 100 xal üçün MANAT yazıb 5500 – a göndərin! Qiyməti 59 qəpik. Tel: 0126468823”
İlahi, elə bil bayaqdan öz – özümə danışırdım. Sizə daha sözüm yoxdu...
Vasif Əlihüseyn
Vertikal.az





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net