“Raqub Məmmədov rayonu dua, cadu, tilsimlə idarə edir”
Tarix: 25-12-2015, 09:02 | Çap et
“Raqub Məmmədov rayonu dua, cadu, tilsimlə idarə edir”
Ağdam rayon sakini, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Vasif Eyvazov rayonun icra başçısı Raqub Məmmədovla bağlı yeni bir iddia ilə çıxış edib.

Arqument.Az-a müraciət edən rayon sakini bu dəfə icra başçısı ilə bağlı sesnsasion iddia səsləndirib: “04 dekabr 2015-ci il tarixində mənim öz hüquqlarımın müdafiəsi üçün Ağdam Rayon İcra Hakimiyyəti (RİH) ilə apardığım mübarizədən yazmışdım. Bu gün həmin yazıda söhbət açılan bəzi hadisələri yeniləmək və Ağdam RİH-nin daha bir gülünc, qanuna və məntiqə zid hərəkətlərini bir daha nəzərinizə yetirmək istəyirəm.

Ağdam rayon Məhkəməsində Ağdam RİH-dən 90 manat 30 qəpik tutularaq mənə məhkəmə xərclərinin ödənişi kimi verilməsi barədə qərar çıxarılıb. Rayon icra məmurunun vasitəsi ilə həmin pul məcburi tutulub mənə ödənildi. Bu mənim üçün əlamətdar hadisədir. Əlbəttə, yəqin hamı başa düşür ki, söhbət o pulun mahiyyətindən yox, mənim prinsipial mövqeimdən gedir. Kiçik də olsa, qələbədir. Yəqin ki, nə vaxtsa bu kiçik qələbə Ağdam RİH-indəki özbaşınalıq, qanuna, dövlətə hörmətsizlik, vətəndaşa etinasızlıq barədə başçı Raqub Məmmədova veriləcək minlərlə sualdan biri olacaq. Bu yaxınlarda KİV-də yazmışdılar ki, Raqub Məmmədov Ağdamda və ətraf rayonlarda olan məhşur falçılarla tez-tez görüşür. Onlara dövlət məmurlarının, rəqiblərinin dil-ağzını bağlatdırır. Çox ağılabatandır. Məntiq sadədir. İdarəçilikdə ya Konisitutsiya, qanun, qayda ilə, ya da dua, cadu, tilsim ilə hərəkət etməlisən. Ağdam RİH ilə təmasda olduğum axırıncı iki il ərzində orada qanundan, qaydadan əsər-əlamət görmədiyimdən inanıram ki, Raqub Məmmədov rayonu dua, cadu, tilsimlə idarə edir”. V. Eyvazov bildirib ki, hakimiyyətini məhkəmə verdikdən sonra ona müxtəlif vasitələrlə təzyiqlər göstərilib: “Əvvəlki müraciətimdə bildirmişdim ki, icra hakimiyyəti, ehtiyatda olan zabiti mənzillə təmin edənədək, ona və ailə üzvlərinə kirayə pul kompensasiyası verməlidir. Dövlətin və qanunun movqeyi açıq və şəffaf iki nöqtə ilə bağlıdır: Birinci, müəyyən xidmətlərinə görə, ehtiyyata çıxmış hərbiçilərə mənzil verilməlidir. İkinci, mənzil verilənədək hərbiçilərə və onların ailə üzvlərinə kirayə pul kompensasiyası ödənilməlidir. Yəni ki, qanun bu məsələlərdə heç bir qeyri-şərt qoymur: mənzilin var, ya yoxdu, kirayədə qalırsan, ya qalmırsan – qanun üçün fərqi yoxdur. Verilməlidir, vəssalam. Bu dövlətin hərbi qulluğun nüfuzunu qaldırmaq üçün gördüyü tədbirdir. Sadə vətəndaş da, məmur da, ona məsləhət verən cadugər də, falçı da başa düşməlidir. Amma kimə deyirsən?! 2012-ci ildən hər il bir qucaq sənəd toplayıb təqdim edərək kirayə pulunu birtəhər alırdım. Amma 2015-ci ildə Ağdam RİH-ni məhkəməyə verdikdən sonra kirayə pulu kəsildi. Tərslikdən həmin vaxt rayon maliyyə idarəsinə yeni müdir təyin edildi. Deyilənə görə, mudir Rəşad Məhərrəmov Ədliyyə Nazirliyinin Bələdiyələrlə iş mərkəzinin sədri Mehti Səlimzadənin yaxın qohumudur. Yeni müdir özündən yeni qaydalar icad etdi, tələb etdi ki, mən nəinki kirayədə qaldığım haqqında müqavilə gətirməliyəm, hətta kirayə haqqı verdiyim barədə qəbzləri və ev sahibinin həmin puldan vergi ödədiyi haqda qəbzləri təqdim etməliyəm. Söhbət uzandı, mən Ədliyyə Nazirliyindən haqlı olduğum barədə rəsmi məktub gətirdim – xeyiri olmadı, Rəşad Məhərrəmov dedi ki, Ədliyyə Nazirliyi mənim üçün heç nədir. Kompensasiya dayandırıldıqdan 6 ay sonra Maliyyə Nazirinin qəbuluna yazıldım. 30.06.2015-ci il tarixdə cənab Samir Şərifov məni şəxsən qəbul etdi, dinlədi, ali intelektual səviyəyə malik olduğundan, qanunları, qəraqları və onların icra qaydalarını dəqiq və dürüst bildiyindən mənim haqlı olduğumu dedi və kompensasiyanin 2 gün ərzində dərhal ödənilməsinə göstəriş verdi. Qəbuldan 2 gün sonra Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanov məni qəbuluna çağıraraq: “Rayon maliyyə idarəsinin müdiri səninlə görüşmək istəyir, nədən onun qəbuluna getmirsən”, – soruşdu. Mən də onun məni qəbuluna çağırmasının lazımsız və əsasız olduğunu əsas gətirərək getmədiyimi bildirdim. Namiq müəllim rayon maliyyə idarəsinin müdirilə telefon əlaqəsi yaratdıqdan sonra nazirin, “2 gün ərzində tam şəkildə dərhal ödəniş olsun” əmrinə zidd olaraq ayın sonunda ödəniləcəyini bildirdi. Ayın sonunda tam şəkildə ödənildi”.”Bütün bu keşməkeşlərdən sonra məndə bir neçə daxili sual yaranır: qanunun qoyduğu 6 ay müddəti 36 aya qədər uzadıb, bu gün qanundan əlavə məhkəmənin qərarını da yerinə yetirməyən RİH-nin başçısı Raqub Məmmədovun, nazir Samir Şərifovun verdiyi 2 gün müddəti 30 günə çevirən Ağdam maliyyə idarəsinin müdiri Rəşad Məhərrəmovun qorxduğu bir yeri yoxdurmu? Milli Təhlükəsizlik Nazirliyinin polkovniki olmuş, sabiq MTN şefi Eldar Mahmudovun dəstəyi və yüksək qayğısı ilə RİH-nin başçısı təyin edilmiş Raqub Məmmədovun Konstitsiyamıza, qanunlarımıza, Nazirlər kabinetinin qərarlarına – bir sözlə, Dovlətimizə bu qədər saymazyana yanaşması təbii bir haldır – necə deyərlər “dostunu mənə göstər, deyim sən kimsən”. Nəinki qanuna, hətta yaxın qohumu, himayədarı Mehti Səlimzadənin işlədiyi dövlət orqanına da etinasız yanaşan Rəşad Məhərrəmovun Ağdamda vəzifəyə gəlməsi də başa düşüləndir – qanuna hörmət edən Raqub Məmmədovla necə işləyə bilər? Mən qanunun mənə verdiyi imtiyazları məhkəmə yolu ilə də bir daha təsdiq etdirmişəm, lakin Ağdam RİH-nin başçısı məhkəmə qərarını da icra etmək istəmir, mənim Dövlət, Konstitusiya, qanun deyib fəryad etməyimə məhəl qoymur. Odur ki, sizin vasitənizlə ona başa düşdüyü dildə müraciət etmək istəyirəm:- Raqub müəllim, sizi and verirəm Şeyx Nəsrullahın üz qoyduğu torpağa, Dərviş Məstəli şahın tilsiminə, mənim imtiyazlarımı yerinə yetirin, məni dağa-daşa salmayın. Yoxsa düşərəm Azərbaycanın çöllərinə, elə bir cadügər taparam ki, siz bağlatdırdığınız dilləri açar, sual sual dalınca gələr, qalarsınız məəttəl”, – V. Eyvazov bildirir.Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net