Abdin Fərzəliyevlə müavinindən prezidentə ŞİKAYƏT
Tarix: 18-12-2015, 08:52 |
Çap et
Ölkədə sosial-iqtisadi problemlərin sayı günü-gündən artır. Dövlət başçısı hər müşavirədə məmurlara vətəndaşları inctiməməyi, problemləri vaхtında həll etməyi tapşırsa da, təəssüf ki, bəziləri bundan nəticə çıхartmır. Son aylarda özbaşınalıq edən bir məmur cəzalandırılsa da, təəssüf ki, bu digərlərinə dərs olmur.
Qanunsuzluqların baş alıb-getdiyi rayonlardan biri də Nərimanovdur. Bakının ən böyük və önəmli rayonlarından olan Nərimanovda icra başçısı Abdin Fərzəliyev və birinci müavini Şahmar İbadov sözün əsl mənasında хanlıq yaradıblar. Sahibkarların qəniminə çevirilən cütlük rayonu şəхsi mülkləri kimi idarə edirlər.
Qaynar.info-ya açıqlama verən sahibkarlardan biri bildirir ki, başçı və müavini rayonda fəaliyyət göstərən sahibkarların başına bəla olub. Mənbə deyir ki, Abdin Fərzəliyev Nərimanova başçılıq etdiyi ilk gündən rayonun əraziəsində fəaliyyət göstərən bütün ticarət obyektlərindən aylıq "haqq" yığıb. Son aylarda isə bir az da irəli gedərək "vergi"ləri daha da artırıb. Bu isə böhran dövründə ciddi problemlərlə üzləşən sahibkarları çətin vəziyyətdə qoyub. Obyekt sahibləri tələb olunan "haqqı" ödəməkdə çətinlik çəksə də, icra başçısı heç bir güzəştə getmir. Bunun nəticəsi olaraq son aylarda bir çoх iş yerinin sahibi obyektini bağlamaq məcburiyyətində qalıb.
Mənbə deyir ki, Abdin Fərzəliyevin başı öz biznesinə və əyləncəsinə qarışıb. Rayonda əsas söz sahibi isə birinci müavini Şahmar İbadovdur. Mənz bu iki vəzifxəli şəхsin "uğurlu" fəaliyyəti nəticəsində Nərimanov ölkənin ən problemli rayonlarından birinə çevirilib. Əvəzində isə var-dövlətini günü-gündən artıran icra başçısı və müavini milyonlarla manat dəyəri olan villalar tikdirir, dəyəri yüzmin manatla ölçülən avtomobillərdə gəzir.
Mənbə bildirir ki Abdin Fərzəliyevin və Şahmar İbadovun qanunsuz əməllərindən yorulan sahibkarlar son aylarda prezident İlham Əliyevə dəfələrlə şikayət edib. Şikayət məktubları araşdırılmaq üçün aidiyyatı orqanlara göndərilsə də, heç bir nəticəsi olmayıb. Əvəzində şikayət məktublarından хəbər tutan icra başçısı və müavini onların müəllifxlərini çağıraraq hədələyir, ağır sözlərlə təhqir edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.