Brüsseldə terror qorxusu - 16 nəfər tutuldu
Tarix: 23-11-2015, 09:34 | Çap et
Brüsseldə terror qorxusu - 16 nəfər tutuldu
Belçikada polis və ordu hissələrinin keçirdiyi antiterror əməliyyatı zamanı 16 nəfər saxlanılıb.

Bu barədə Euronews telekanalı məlumat yayıb. Əməliyyat Parisdə baş verən terror hadisələrinin təhqiqatı məqsədilə keçirilib. Lakin axtarışda olan əsas günahkarı həbs etmək mümkün olmayıb.

Belçika hökuməti ölkədə ən yüksək terror təhlükəsi səviyyəsi elan edib. Bu gün insanların ən çox toplaşdığı ictimai yerlər və məktəblər bağlı olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net