Obama "Facebook"da çağırış etdi
Tarix: 10-11-2015, 10:28 | Çap et
Obama "Facebook"da çağırış etdi
ABŞ Prezidenti Barak Obama Facebook sosial şəbəkəsində səhifə açıb.

ANS PRESS-in məlumatına görə, Ağ Ev səhifənin Obamaya məxsus olduğunu təstiq edib. "Salam, Facebook ! Artıq mənimdə öz şəxsi səhifəm var", - bu Obamanın səhifəsində yazdığı ilk sözlər olub.

Onun sözlərinə görə, o ümid edir ki, sosial şəbəkə istifadəçiləri onun səhifəsindən ölkə qarşısında duran ciddi məsələləri müzakirə edəcək, öz tarixçələri və fiirləri ilə bölüşəcək. Obama söz verir ki, vaxt aşırı statuslar yazmaqla içtimaiyyəti əyləndirməə çalışacaq.

"President Obama" adlı səhifəni artıq yarım milyondan çox adam bəyənib. Prezident bu ilin sentyabrında Alyaskada olarkən çəkdirdiyi şəkili səhifəsinə örtük kimi yerləşdirib.

Özü haqqında Obama yazır ki o, ata, həyat yoldaşı və ABŞ-ın 44-cü prezidentidir. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, səhifəsində statuslar, şəkillər və videolar şəxsən Barak Obama trəfindən paylaşılacaq.

"Facebook"da yerləşdirdiyi ilk video da Obama internet istifadəçiləri üçün Ağ Evin bağçasında virtual tur təşkil edib. O burada şam qabağı gəzinti etdiyini bildirib. Həyətintə yaşan dələlərdən danışan Obama, amerikalıları qlobal iqlim dəyişiklikləri haqda ciddi düşünməyə və bu haqda internetdə daha çox yazmağa çağırıb.

"Əgər biz bir yerdə bununla məşqul olsaq, mən əminəm ki, bu problemi gələcək nəsillər üçün həll edə bilərik", - deyə Barak Obama bildirib. O həmçinin əlavə edib ki, bu məsələnin digər dünya liderləri ilə müzakirə etmək üçün bir neçə həftədən sonra Parisə yollanacaq və ola bilsin ki, orada iqlimə dair qlobal razılaşma imzalanacaq.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net