Türkiyədə dəhşətli avtobus qəzası: 1 ölü, 41 yaralı
Tarix: 9-11-2015, 11:21 | Çap et
Türkiyədə dəhşətli avtobus qəzası: 1 ölü, 41 yaralı
Türkiyədə İqdırdan İstanbula gedən sərnişin avtobusu qəzaya düşüb.

Osmancık-Tosya yolunda, Ardıç kəndi yaxınlığında avtobus idarəetməni itirirərək dərəyə aşıb.

Sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

Qəza yerinə Osmancık, Kargı və Dodurga mahallarından çoxlu təcili yardım sövq edilib.

Avtobusda sıxışan bəzi sərnişinlər xilasetmə qruplarının müdaxiləsi ilə xilas olub.

Təcili yardımlarla Osmancık Dövlət Xəstəxanasına aparılan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.(qafqazinfo.az)





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net