Dünyanın ən sağlam ölkələri - SİYAHI
Tarix: 3-11-2015, 09:36 | Çap et
Dünyanın ən sağlam ölkələri - SİYAHI
“Bloomberg” agentliyinin “sağlam ölkələr” araşdırmasının nəticələri açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, dünyanın ən sağlam ölkəsi Sinqapurdur. Onun ardınca İtaliya, Avstraliya, İsveçrə, Yaponiya, İsrail, İspaniya, Niderland, İsveç və Almaniya gəlir.

Keçmiş SSRİ respublikalarının da bu reytinqdəki yerləri açıqlanıb. Azərbaycan siyahıda 87-cidir. Gürcüstan 71, Litva və Ermənistan isə 79-cu sıradadırlar. Keçmiş postsovet respublikaları arasında ən sağlam ölkə 57-cı yerdəki Estoniyadır. Litva siyahıda 80-ci sıradadır. Sonrakı yerlərdə Tacikistan (84), Özbəkistan (85), Belarus (91), Rusiya (97), Ukrayna (99), Qırğızıstan (101), Türkmənistan (104) və Qazaxıstandır (111).

Reytinqin sonunda Svazilend, Lesoto, Konqo Demokratik Respublikaaı, Çad, Mozambik, Burundi, Malavi, Anqola, Uqanda və Kamerundur.

Araşdırma 145 ölkə üzrə aparılıb. Bu zaman BMT-nin, Dünya Bankının və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarından istifadə edilib.

Bundan əvvəl BMT dünya ölkələrində yaşı 60-dan yuxarı insanların həyat şəraitinin keyfiyyəti ilə bağlı reytinq hazırlayıb. Bu siyahıda İsveçrə birinci idi, ardınca Nrveç, İsveç, almaniya və Kanada gəlirdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net