Çin ABŞ-ı müharibə ilə hədələdi
Tarix: 30-10-2015, 10:37 | Çap et
Çin ABŞ-ı müharibə ilə hədələdi
Çin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral U Şenli Vaşinqotnun Cənubi Çin dənizindəki hərəkətlərini təxribat adlandırıb və kiçik bir insidentin müharibəyə səbəb olacağını deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, çinli admiral bu açıqlamanı amerikalı həmkarı admiral Con Riçardsonla video-konfrans zamanı deyib.

Buna səbəb ABŞ-ın “Lennes” hərbi gəmisinin Cənubi Çin dənizində rəsmi Pekinə aid olan mübahisəli Nanşa adası yaxınlığında hərəkət etməsi göstərilir. Çin buna rəsmi səviyyədə etiraz etsə də, Pentaqon rəhbəri Eşton Karter ölkəsinin ərazidə istədiyi vaxt əməliyyat keçirəcəyini və heç kəsin buna qadağa qoya bilməyəcəyini deyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net