Suriyadan qayıdan deputatdan həyəcan TƏBİLİ: “İŞİD Qafqaza gələ bilər”
Tarix: 29-10-2015, 09:53 | Çap et
Suriyadan qayıdan deputatdan həyəcan TƏBİLİ: “İŞİD Qafqaza gələ bilər”
“İslam dövləti” terror təşkilatı (İŞİD) Şimali Qafqaza qədər gəlib çıxa bilər.

Modern.az saytının verdiyi xəbərə görə bunu “Vestnik Kavkaza” portalına müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Aleksandr Yuşenko Suriyaya səfərinin onda yaratdığı təəssürat barədə danışarkən bildirib.
Deputatın fikrincə, İŞİD öz əməlləri ilə dünyada islamofobiya yaradır.

“Suriyanın müftisi, müsəlmanların mənəvi lideri Əhməd Batruddin bu haqda bizə danışırdı. Hazırda İŞİD sıralarında MDB ölkələrindən, həmçinin Rusiyadan minlərlə döyüşçü vuruşur”,-deyə o qeyd edib.

Aleksandr Yuçenko deyib ki, Rusiya Suriyaya kömək etməsə, İŞİD bu ölkəni külə döndərəcək və Dəməşqə qədər irəliləyəcək. Zamanla bu təhlükə Şimali Qafqaz, İran və Avrpaya qədər çatacaq. Bu, son dərəcə təhlükəlidir”.

Qeyd edək ki, sentyabrın 30-dan etibarən Rusiyanın Hava-kosmik qüvvələri Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net