“PKK-İŞİD savaşı Türkiyəyə keçib”
Tarix: 12-10-2015, 10:04 | Çap et
“PKK-İŞİD savaşı Türkiyəyə keçib”
Türkiyədəki terror aksiyasının arxasında İŞİD-in dayandığını zənn edirəm.

Axar.az xəbərverirki, bu iddia ilə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çıxış edib.

Siyasi analitikin fikrincə, Ankarada mitinqə qatılanların əksəriyyəti solçu və HDP tərəfdarı idi:

“Bəzilərinin maykalarında "Kürdüstan" ifadəsi yazılmışdı. İŞİD bir neçə ay öncə də Türkiyədə məhz solçu və HDP mitinqini hədəf götürərək, canlı bombasını partlatmışdı. İŞİD Suriyada hamı ilə savaşdığı kimi silahlı kürdlərlə savaşır”.

Politoloq hesab edir ki, Türkiyədə “İslam dövləti” tərəfdarları var:

“PKK tərəfdarları olduğu, kimi İŞİD tərəfdarları da peyda olub. Beləliklə, PKK simpatizanları ilə İŞİD arasındakı savaş tədricən Suriyadan Türkiyəyə keçib”.

Ankarada dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib. Sözügedən ərazidə “Əmək, sülh, demokratiya” mitinqinin keçirilməsi planlaşdırılırdı. Partlayış zamanı ölənlərin sayı 95 nəfərə çatıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net