Şok kəşfiyyat hesabatı: Ankara PKK liderinin tutulmasına icazə vermədi
Tarix: 5-10-2015, 10:13 | Çap et
Şok kəşfiyyat hesabatı: Ankara PKK liderinin tutulmasına icazə vermədi
Türkiyənin “Sözçü” qəzetinin yazarı Sayğı Öztürk “Kəşfiyyat rəhbərindın şok hesabat!” başlıqlı yazısında PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan ilə əlaqədar şok bir iddianı qələmə alıb.

Publika.az xəbər verir ki, yazar Sincan həbsxanasında məhbus olan Rəcəb Güvənin vəkili vasitəsilə məhkəməyə göndərdiyi məktubu oxucuları ilə paylaşıb.

Uzun illər polis kəşfiyyat dairəsində şöbə müdiri kimi çalışan Rəcəb Güvən məktubunda 2009-ci ildə Murad Karayılanın yerinin müəyyənləşdirildiyini, lakin onun tutulması üçün əməliyyatın keçirilməsinə icazə verilmədiyini yazıb.

İddiaya görə, Karayılanın şəhər mərkəzindəki ünvanını müəyyənləşdirən kəşfiyyatçılar bu barədə yüksək dövlət orqanlarına məlumat verib. Lakin kəşfiyyatçılar dövlət orqanlarından “Biz Murad Karayılan ilə yaxşı görüşürük, əməliyyatın keçirilməsinə ehtiyac yoxdur” cavabı alıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net