Sərhədsiz Həkimlər Kunduzdan çıxır
Tarix: 5-10-2015, 09:10 | Çap et
Sərhədsiz Həkimlər Kunduzdan çıxır
Sərhədsiz Həkimlər (MSF) təşkilatı bildirir ki, Əfqanıstanın Kunduz şəhərində fəaliyyətini dayandırır. Kunduzda xəstəxanaya hava zərbəsindən azı 22 nəfər həlak olub. Hücumun ABŞ-hava zərbəsi nəticəsində törədildiyi bildirilir.

Qurum hadisəni müharibə cinayəti adlandırıb və müstəqil təhqiqata çağırıb.

“Açıq-aşkar hərbi cinayət törədildiyini nəzərə alaraq, MSF hadisənin müstəqil beynəlxalq qurum tərəfindən hərtərəfli və şəffaf araşdırılmasını tələb edir,” MSF-in baş direktoru Christopher Stokes deyib.

Oktyabrın 3-də baş vermiş insident zamanı 12-si heyət üzvü və 10-u xəstə olmaqla, 22 nəfər həlak olub. MSF obyektdə hər hansı yaraqlının olmadığını bildirib.

Əfqan rəsmilərinin iddiasına görə, silahlılar bu xəstəxanadan istifadə edərək əfqan qüvvələri və dinc sakinləri hədəfə alıb.

ABŞ Prezidenti Barack Obama söyləyib ki, Pentaqon hava hücumlarının “tam araşdırmağa” başlayıb.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net