BMT-də Fələstin bayrağı qaldırıldı
Tarix: 1-10-2015, 10:08 |
Çap et
Nyu Yorkda, BMT-nin iqamətgahında tarixdə ilk dəfə olaraq Fələstin bayrağı qaldırılıb.
Mərasimdə Fələstin Hakimiyyətinin başçısı – prezident Mahmoud Abbas iştirak edib.
BMT Baş Assambleyasında çıxış edən Abbas deyib ki, indiyədək Fələstin dövləti məsələsinin həllini tapmaması başa düşülən deyil.
O həmçinin elan edib ki, bundan sonra Fələstin Hakimiyyəti özünü İsraillə bağlanmış heç bir sazişə görə öhdəlikli hesab etməyəcək.
Mahmoud Abbas İsraili Fələstin torpağında yəhudi məskunlaşdırması siyasətini davam etdirməkdə günahlandırıb.
Fələstin prezidenti bildirib ki, məhz buna görə də İsraili işğalçı qüvvə olaraq qiymətləndirir.
İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, Mahmoud Abbas bütün Yaxın Şərqdə qanunsuzluq yarada biləcək qızışdırıcı çıxış edib.