Tatar jurnalist: “Rusiya parçalanır, proses başlayıb”
Tarix: 22-09-2015, 10:04 | Çap et
Tatar jurnalist: “Rusiya parçalanır, proses başlayıb”
İqtisadi problemlər ucbatından Rusiya parçalana bilər.

Axar.az xəbər verir ki, bunu əslən tatar olan rusiyalı jurnalist Ayder Mujdabayev Ukrayna mətbuatına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, hazırda bu planın reallaşması üçün münbit şərait yaranıb:

“Rusiyanın parçalanması vacib deyil. Lakin indiki zamanda onun üçün böyük şərait yaranıb. Hazırda ölkəni idarə edən şəxslərin sayəsində mərkəzi hakimiyyət zəifləyən kimi milli respublikalar Moskvanın tabeliyindən çıxacaqlar. Bu, artıq bir dəfə olub. Hazırkı Rusiya hökuməti yüksək gəlirlər sayəsində fəaliyyətini aparır. Ona görə də küllü miqdarda pullar oğurlanır. Əgər investisiyalar olmasa, iqtisadiyyatın mütəmadi deqradasiyası başlayacaq. Bu isə özünü bütün sferalarda göstərəcək. Əsas məsələ zamandır. Bu prosesin nə qədər davam edəcəyini söyləmək çətindir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net