Əl-Qaidə-nin lideri İŞİD-i "qanunsuz" elan etdi...
Tarix: 10-09-2015, 10:46 | Çap et
Əl-Qaidə-nin lideri İŞİD-i "qanunsuz" elan etdi...
Al-Qaeda lideri Ayman al-Zawahiri İslam Dövləti silahlı qruplaşmasını “qanunsuz” adlandırıb, ancaq onu da deyib ki, müsəlmanlar İraqda və Suriyada qərb qüvvələri ilə savaşan yaraqlı qrupa qoşulmalıdır.

“Biz Abu Bakr al-Baghdadi-nin xilafətini tanımırıq, ” Zawahiri sentyabrın 9-da İnternetdə yayılan audio-yazıda deyir. Al-Baghdadi İD-nin lideridir.

Səsin nə vaxt yazıldığı bəlli deyil, ancaq bəzi hadisələrdən danışılması audionun azı 8 ay öncə yazıldığını deməyə əsas verir.

İD ötən il Suriya və İraqda böyük əraziləri tutaraq xilafət yaratdığını elan edib.

İki islamçı təşkilatın rəqabətinə baxmayaraq, Zawahiri deyib ki, Qərblə savaşa gəldikdə, əməkdaşlıq etmək olar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net