Admiral Ukraynanın əsas müttəfiqlərini açıqladı
Tarix: 10-08-2015, 10:48 |
Çap et
Türkiyə Ukraynanı Krım məsələsində tam dəstəkləyən ölkələr siyahısına daxil deyil.
Axar.az xəbər verir ki, bunu “Den” qəzetinə müsahibəsində ukraynalı admiral İqor Kabanenko söyləyib. Onun sözlərinə görə, Ukraynaya dəstək baxımından hazırda Avropa ölkələri üç yerə bölünüb:
“Mən bizim Marçuk və digər ekspertlərlə birgə keçən ilin martında NATO-ya səfərimizi xatırlayıram. Aydın şeylər danışsaq da, bizə anlaşılmaz şəkildə baxırdılar. Avropa hazırda üç yerə bölünüb. Birinci hissə Ukraynanı həqiqətən dəstəkləyir, ikinci hissə bu konflikti özündən uzaq hesab edir, üçüncü hissə isə hələ də Ukrayna böhranında özünə mövqe müəyyən etməyib. Türkiyə öz siyasətini Rusiya ilə yaxşı münasibətlər qurmaq və eyni zamanda öz maraqlarını qorumaq üzərində formalaşdırır. Hazırda Ukraynanın əsas müttəfiqləri Polşa, Böyük Britaniya, Baltikyanı ölkələr və ABŞ-dır”.