Almaniyanın kansleri Angela Merkel rəhbəri olduğu Xristian Demokratik Partiyanın 70 illiyinə həsr olunmuş tədbirdə xoşagəlməz sürprizlə qarşılaşıb.
Belə ki, yunan etirazçılar “Oksi” (“Yox”) şüarları ilə onun sözünü kəsərək, nitqini söyləməsinə imkan verməyiblər. Amma təhlükəsizlik xidməti tezliklə onları kənarlaşdırıb. Etirazçılar müqavimət göstərməyiblər.