Yerevanda içkili adamları aksiyaya buraxmırlar - ermənilərin ETİRAZI davam edir
Tarix: 25-06-2015, 12:50 | Çap et
Yerevanda içkili adamları aksiyaya buraxmırlar - ermənilərin ETİRAZI davam edir
Ermənistanda etiraz aksiyaları davam edir. “Nümayişçilər qəti şəkildə bilməlidirlər ki, içkili adama aksiya iştirakçıları arasında yer yoxdur.” Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu iyunun 25-də jurnalistlərə müxalifətdən olan deputata Nikol Paşinyan deyib. O, səhər saatlarında Yerevanın Baqramyan prospektində elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərlə görüşə polis rəisi Vladimir Qasparyanla gəlib.

Paşinyanın sözlərinə görə, dünən axşam etiraz edənlər arasında demək olar içkili adam olmayıb. Polisin yalnız bir nəfərlə bağlı məsələni aydınlaşdırmasına ehtiyac yaranıb. Bu məsələyə görə Paşinyanı polis rəisinin müavini görüşə çağırıb. Deputatın sözlərinə görə, həmin adam həqiqətən içkili olub, ancaq aksiyada iştirak etməyib, sadəcə, etirazçılar üçün iki yeşik su gətirib: “Mən onun içkili vəziyyətdə olduğunu görüb evə qayıdıb istirahət dincəlməsini xahiş etdim. O, üzrxahlıq edib evinə getdi”.

Paşinyanın sözlərinə görə, aksiya iştirakçıları özləri də içkili adamların onlara qoşulmamasına ciddi nəzarət edirlər.

Bundan əlavə, məlum olub ki, ötən gecə Ermənistan parlamentinin müxaliətdən olan 20 deputatı Baqramyan prospektində aksiya iştirakçıları ilə polis arasında “canlı sədd” qurublar. Yerevan polisi aksiyanın dinc şəkildə davam edəcəyi təqdirdə müdaxilə edilməyəcəyini bir daha bəyan edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net