Süleyman Dəmirəl kim olub? - Dosye
Tarix: 17-06-2015, 11:22 | Çap et
Süleyman Dəmirəl kim olub? - Dosye
Bu gün Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl vəfat edib. Sabiq prezident bu gün gecə saatlarında müalicə aldığı Ankara Güvən Xəstəxanasında 91 yaşında dünyasını dəyişib.

Onun ölümünə səbəb nəfəs yolu infeksiyası və ürək çatışmazlığı göstərilir.

Süleyman Dəmirəl kim olub?

O, 30 yaşında baş direktor, 40 yaşında isə baş nazir olub. 7 dəfə hakimiyyətə gəlib. Ən gənc baş nazir olaraq Çankaya Köşkünə 7 il rəhbərlik edib.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti olan Süleyman Dəmirəl ölkəsinin siyasi tarixinə öz adını həkk etdirib.

Son 50 ildə bütün hallarda öz adından söz etdirməyi bacarıb. O, ən gənc baş nazir olaraq adını tarix səhifələrinə yazdırıb.

6 may 1993 tarixində, Türkiyə Böyük Millət Məclisi tərəfindən ölkənin 9-cu prezidenti seçilib.
Dəmirəl 16 May 2000-ci il tarixinə qədər bu vəzifədə qalıb.

Türkiyənin həm baş naziri, həm də prezidenti olan S. Dəmirəlin həyat taxiçəsi belədir:

O, İsparta bölgəsinin Atabəy mahalının yaxınlığında yerləşən İslamköydə dünyaya göz açıb. Təhsilini doğulduğu kənddə alıb.

1949-cu ilin fevralında isə o, İstanbul Texniki Universiteti İnşaat fakültəsinin məzunu olub.
Həmin il Dəmirəm Elektrik İşləri İdarəsində çalışmağa başlayıb. Əvvəl 1949-1950, daha sonra 1954-1955-ci illərdə Amerika Birləşmiş Ştatlarında anbarlar, suvarma və elektrikləşdirmə mövzularında təcrübə keçib.

1954-ci ildə Anbarlar Dairəsinin müdiri, 1955-ci ildə da Dövlət Su İşləri İdarəsinin Müdiri olub.
1962-1964 illəri arasında sərbəst müşavir-mühəndis olaraq iş faəliyyətinə davam edib.

Həmin illərdə Orta Şərq Texniki Universitetində su mühəndisliyi mövzusunda dərslər keçib.

S. Dəmirəlin siyasət həyatı isə belədir:

O, siyasi həyatına 1962-ci ildə Ədalət Partiyası İdarə Heyətinin (AP) üzvü kimi başlayıb. 28 noyabr 1964-cü il tarixində bu partiyaya rəhbər seçilməsindən sonra, qurulmasında kömək etdiyi və 1965-ci ilin fevral-oktyabr aylarında müəyyən vəzifə tutduğu koalisiya hökumətində Baş nazir köməkçisi postuna təyin olunub.

10 oktyabr 1965-ci ildə keçirilən ümumi seçkilərdə rəhbər olduğu AP, yüzdə 53 fazi səs toplayaraq tək başına hakimiyyətə gəlib. Bu seçkilərdə S. Dəmirəl İsparta bölgəsinin millət vəkili kimi parlamentə daxil olub və Türkiyənin 12-ci Baş naziri olaraq öz hökumətini qurub. Bu hökumət isə cəmi 4 il hakimiyyətdə qalıb.

10 oktyabr 1969-cu ildə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyası yenə tək başına hakimiyyətə gəlib. Beləcə o, Türkiyə Cümhuriyyətinin 31-ci hökumətini qurub. Daha sonra, partiya böhran səbəbindən Türkiyə Cümhuriyyəti 32-ci hökumətini qurmalı olub.

12 mart 1971-ci ildə baş verən hadisələrə görə, o, baş nazir vəzifəsindən gedib.

Dəmirəl 12 sentyabr 1980-ci ildə vəzifəsindən getdiyini açıqlayıb və 7 il ona siyasət qadağası qoyulub.

6 sentyabr 1987-ci ildə keçirilən xalq səsverməsi ilə S. Dəmirələ qoyulan bu qadağa aradan qaldırılıb.

Dəmirəl 24 sentyabr 1987-ci ildə Doğru Yol Partiyasına başqan seçilib. Və 40 yaşında baş nazir olub.

O, 29 noyabr 1987-ci ildə ölkədə keçirilən seçkilərdə Isparta millət vəkili olaraq yenidən Türkiyə Böyük Milllət Məclisinə qayıtmaq şansına sahib olub. 20 oktyabr 1991 tarixində keçirilən seçkilərdən sonra, “DYP” ilə Sosyal Demokrat Milliyətçi Partiyası birləşərək Türkiyə Cümhuriyyətinin 49-cu hökumətini qurdular və S. Dəmirəl yenidən baş nazir olub.

12 ilə yaxın baş nazir postunda qalan S. Dəmirəl Türkiyənin inkişafı ilə bağlı çox mühüm addımlar atıb. O, ölkənin ən gənc baş naziri və İsmət İnönüdən sonra baş nazirlik vəzifəsində ən çox qalan siyasətçi olub.

6 dəfə İspartaya millət vəkilli seçilib. 7 il siyasət qadağasına məruz qalıb. 6 dəfə hökumətdən gedib. 7 dəfə hökumət qurub.

Dəmirəl 16 may 1993-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin 9-cu prezidenti olaraq seçilib.

O bu vəzifəni 16 may 2000-ci ilə qədər prezident olub.

Allah rəhmət eləsin!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net