Merkel özünü gözəllik bayramından məhrum etdi
Tarix: 6-06-2015, 06:57 |
Çap et
Merkel xanım özü özünü gənclik və gözəllik bayramından məhrum etdi. Bakıda iyunun 12-də açılışı olacaq Birinci Avropa oyunları ərəfəsində yaranmış siyasi səss-küy sürət yığır.
Qərb mətbuatı Avropa Oyunları ilə bağlı az məlumatlar dərc etmir. Ancaq daha çoxu onun baykotu ilə bağlıdır. Bu isə idmançılar tərəfindən yox, Avropa ölkələri liderləri tərəfindəndir. Azərbaycanın mütəqillik kursu Avropada çoxlarının xoşuna gəlmir.
Hamı nə üçünsə bizi hara isə itələməyə, öyrətməyə və ya qadağan etməyə çalışır. Təbii ki, bu çağırışlar yerli müxalifətdə qoşulur. Pul axını da öz başlanğıcını oradan- qərbdən götürür.
Azərbaycan paytaxtında "Eurovision" mahnı müsabiqəsi keşirilən ərəfədə də məhz belə vəziyyət yaranmışdı. Qərb mətbuatı təəssüf doğuran bir təkidlə baykota çağırırdı. O zaman da onları yerli müxalifət dəstəkləyirdi. Axı böyüklərə qulaq asmaq lazımdır.
Mahnı müsabiqəsi bütün gözləntiləri doğrultdu və mükəmməl keçdi. Bunu hətta boykota çağıran KİV də etiraf etməli oldu. Müsabiqə iştirakçıları, minlərlə turist müsabiqənin mükəmməl təşkilatından, Azərbaycanın qonaqpərvərliyi və Bakının gözəlliyindən heyran olmuşdular. "Biz sizin gözəl şəhərinizi çox xoşbəxt tərk edirik", deyə onlar vidalarında qeyd edirdilər.
Avropa Oyunlarının açılışına sayılı günlər qalıb və budur ilk mesaj. Almaniya kansleri Angela Merkel idman bayramının rəsmi açılış mərasiminə qatılmayacaq. Əgər bu hansısa məşhur gimnast və ya diskatan olsaydı bu idman sevərləri bir az təəssüfləndirərdi. Axı stadionda hər zaman ən yaxşılaçrı görmək istəyirsən. Merkel xanım isə sadəcə siyasətçidir. Bu "xoş xəbəri" ilk olaraq erməni mətbuatı yaydı.
Qonşularımıza bir məqamı xatırlatmaq istəyirəm. Bir müddət öncə onlar qondarma soyqırımlarına ağlaaşma qurmaq üçün dəvətlər göndərəndə də Merkel xanım gəlməmişdi. Yəqin ki, o ağlaşmanı sevmir.
Bakıya gəlməməklə isə o özünü çox şeydən məhrum etdi, hər şeydən əvvəl sevincdən. Çünki hər şeydən öncə idman gözəllik, gənclik və sevincdir. Nə isə...
Başda prezident olmaqla bütün Azərbaycanın açılışına hazırlaşdığı I Avropa oyunları mütləq ən yüksək səviyyədə baş tutacaq. Buna heç kimin şübhəsi yoxdur. Angela xanımın isə vaxtı tapılsa bu oyunları televiziyada izləyəcək.
Və daha bir məqam... Mənim fikrimcə, qədim yunanlılar bu günki bəzi siyasi xadimlərdən daha ağıllı və praqmatik idilər. Onlar Olimpiya oyunları zamanı heç bir müharibə, düşmənçiliyin olmamasını tələb edirdilər.
Təəssüf ki, bu gün siyasətçilər bu barədə unudublar. Avropa Oyunları isə baş tutacaq və onun neçə möhtəşəm keçdiyi barədə bu gün ölkə liderlərini baykota çağıran mətbuat hələ çox danışıb, yazacaq.