Rusiya Amerikanın "Ukrayna tələsi"nə necə düşüb?
Tarix: 16-03-2015, 11:10 | Çap et
Rusiya Amerikanın "Ukrayna tələsi"nə necə düşüb?
“Vaşinqton Ukraynadakı xaosla bu ölkənin vətəndaşlarına kömək etmək istəmirdi. Bu, Rusiyanı zəiflətmək və onun indiki rəhbərliyini devirmək üçün lazım idi”.
Vertikal.az-ın məlumatına görə, bu açıqlama ilə Amerika Universitetinin prezidenti akademik Eduard Lozanskiy çıxış edib.

E.Lozanskiy deyib ki, indi planetin taleyi Ukraynada həll olunur, lakin ukraynalıların burada rolu yoxdur. ABŞ, Avropa Birliyi və Rusiyanın toqquşan geopolitik maraqları Ukraynada toqquşub.
Akademik bildirir ki, Qərbin məqsədi azadlıq, demokratiya və digər bu kimi xeyirxah şüarlarla ortalığa girib, xaos yaratmaqla Rusiya hakimiyyətindən indiki rəhbərliyi uzaqlaşdırmaq, mövcud dəyərləri dəyişməkdir. Bu “qazanı qaynadanlar” qoyulan məqsədlərə çatmayana qədər Ukraynada müharibəni davam etdirəcəklər. Hətta, bu, Rusiya ilə Qərb arasında açıq hərbi toqquşmalarla nəticələnsə də “layihə müəllifləri”qoyulmuş məqsəddən geri çəkilmək niyyətində deyillər. E.Lozanskiy deyib ki, Ukraynada “Müharibə partiyasının qırğıları” anlamalıdırlar ki, onların siyasəti ABŞ-ın uzunmüddətli strateji maraqlarına uyğun deyil. Nəticə etibarilə bu, Rusiyanın potensial müttəfiqdən təhlükəli düşmənə çevrilməsi ilə nəticələnəcək.

Onun fikrincə, Minsk razılaşması dünyanı dağıda biləcək hərbi toqquşmadan qurtulmaq üçün kiçik bir şansdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net