Netanyahu Trampa İrana mümkün yeni hücumlar barədə məlumat verməyi planlaşdırır
Tarix: 20-12-2025, 23:54 | Çap et


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla bu ayın sonu Floridada keçirəcəyi görüşdə onu İranın ballistik raket proqramı ilə bağlı məlumatlandıracaq və bu ölkəyə yeni hücumlar təşkil etməyin lazımlığı məsələsini qaldıracaq.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə “NBC News” yazı dərc edib.

Yazıda qeyd olunur ki, İsrail rəsmiləri İranın öz ballistik raket proqramını durmadan inkişaf etdirdiyini düşünür və Trampla İrana yeni hücumlar həyata keçirmək barədə müzakirə aparmağı planlaşdırırlar.

İsrail hökuməti həm də, Tehranın nüvə potensialını da gücləndirdiyi fikrindədir amma, onlar ballistik raketlərin istehsalı obyektlərinin yenidən qurulmasının nüvə təhdidindən daha əhəmiyyətli və yaxın təhlükə olduğu fikrindədirlər.

Qeyd edək ki, Netanyahu və Trampın 29 dekabr tarixində Floridada görüşü gözlənilir.




Xəbərlər
 
 
18-01-2026 16:40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net